Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
17.04.2024 15:43

Bu gün tanınmış həkim, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın 50 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, o, 1974-cü il aprelin 17-də Gədəbəy rayonunun Samanlıq kəndində anadan olub. Orta təhsilini doğulub böyüdüyü kənd orta məktəbində alıb. Həmin il yüksək nəticə ilə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1998-ci ildə universiteti bitirib.

 

Yazgül Abdiyeva göz yoluxucu xəstəlikləri və buynuz qışanın cərrahiyyəsi üzrə ixtisaslaşıb. O, apardığı tədqiqatlara dair ölkəmizdə və xaricdə çap olunmuş bir sıra məqalələrin müəllifidir. Dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Yazgül Abdıyeva Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiridir. O, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri kimi də mühüm sosial layihələri uğurla davam etdirir, mütəmadi olaraq insanların sağlamlığı ilə bağlı maarifləndirici tədbirlər, treninqlər, ödənişsiz aksiyalar təşkil edir. Həkim pandemiya və müharibə dövründə xüsusilə aktiv fəaliyyət göstərərək cəmiyyət üçün faydalı işlər görüb.

 

Aztibb.az portalı adından həkim-oftalmoloq Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev