Qida təhlükəsizliyinə dair yeni qəbul edilmiş qaydalar müzakirə edilib
13.03.2021 15:24

Qida Təhlükəsizliyi İnstitutunun “SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizliyi Anlayışının Tətbiqi” layihəsi çərçivəsində sahibkarlarla “Qida təhlükəsizliyinə dair yeni qəbul edilmiş texniki normativ hüquqi aktlar” mövzusunda müzakirə aparılıb.

 

 Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Ramazan Nəbiyev onlayn görüş iştirakçılarına aprelin 1-dən qüvvəyə minəcək qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar barədə ətraflı məlumat verərək bildirib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrə dair gigiyena tələblərini müəyyən edir. Qaydaların yenidən işlənib-hazırlanmasında əsas məqsəd qida zəncirinin bütün mərhələlərində ərzaq məhsullarının təhlükəsizliyinə və yararlılığına nail olunması üçün qida gigiyenasının vacib prinsiplərinin müəyyənləşdirilməsidir.

 

Görüşdə Qida Təhlükəsizliyi İnstitutunun Sahibkarlara xidmət departamentinin müdiri Mehran Məmmədov əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış “SOVQAT” layihəsinin üstünlüklərindən danışıb və onun bundan sonra da mütəmadi qaydada həyata keçiriləcəyini diqqətə çatdırıb.

 

Videobağlantı formatında keçirilən görüşdə sahibkarların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub