Karantin rejimi sərtləşdiriləcək? - TƏBİB-dən açıqlama
13.03.2021 10:32

Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələr yayılıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən açıqlamada deyilir ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir:

 

"Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir.

 

Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insaların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib