“Pediatriyada yeniliklər - 2021” adlı beynəlxalq konfrans keçirilir
12.03.2021 12:23
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Türkiyənin Ankara Universiteti və Elmi Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) birgə əməkdaşlığı, “Uptodate in Medicine”nın texniki və təşkilatı dəstəyi ilə “Pediatriyada yeniliklər - 2021” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
 
Üçgünlük konfransın ilk günündə Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, həmin universitetin professoru Ömer Erdeve və ETPİ-nin direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev açılış nitqləri ilə çıxış ediblər.
 
Ənənəvi olaraq hər il Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda pediatriyanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılır, bilik və məlumatlar paylaşılır.
 
Onlayn formatda təşkil olunan beynəlxalq tədbirin keçirilməsində məqsəd uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, uşaq nevroloqlarının, o cümlədən digər ixtisaslı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir yanaşma və təcrübə ilə tanış edilməsidir.
 
Konfransda edilən bütün təqdimatların video yazısı distant təhsil portalı olan www.ecourses.az-da yerləşdiriləcək.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub