Hemoqlobinopatiyaların biokimyəvi diaqnostikasında müasir protokollara dair VEBİNAR keçirilib
11.03.2021 18:55

Bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı, professor Azər Kərimovun moderatorluğu ilə vebinar keçirilib.

 

Tədbir “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunub.

 

Vebinarda həkim-laborant Günay Əliyevanın "Hemoqlobinopatiyaların biokimyəvi və molekulyar-genetik diaqnostikasında müasir beynəlxalq protokollar" mövzusunda məruzəsi dinlənilib.

 

Məruzəçinin hərbiyə yollanacaq və ya hərbidə təhsil alan şəxslərin talessemiya daşıyıcısı olub-olmamasının müəyyən edilməsi üçün skrininq olunduqları fikri müzakirəyə səbəb olub.

 

Qeyd olunub ki, 5603 kodu qoyulan, yəni talessemiya daşıyıcısı olduğu müəyyən edilən şəxslər hərbidən azad olunur. Onlar hərbiyə yararsız hesab olunaraq hərbi təhsildən uzaqlaşdırılır, tibbi təhsilə yönləndirilirlər.

 

Sonda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub