TƏBİB və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında görüş keçirilib
11.03.2021 10:53
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məsul şəxsləri ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) "Əqli Sağlamlıq və Psixo-Sosial Dəstək" komandası (Mental Health and Psycho-social Support team) arasında tanışlıq görüşü keçirilib.
 
Görüşdə TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev, Stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Ailə həkimliyinin təşkili şöbəsinin baş mütəxəssisi Nərmin Osmanlı, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin mütəxəssisi Nigar İzmayılova, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə mütəxəssisi Lalə Əliyeva, BQXK Azərbaycan nümayəndəliyinin səhiyyə üzrə koordinatoru Nasrullah Dar, BQXK-nın "Əqli Sağlamlıq və Psixo-Sosial Dəstək" üzrə nümayəndəsi Coanna Tiesen və Sağlamlıq departamentinin əməkdaşı Sunay Mustafayeva iştirak edib.
 
Çıxışlar zamanı BQXK-nın nümayəndə heyətinə TƏBİB tərəfindən "Əqli Sağlamlıq və Psixo-Sosial Dəstək" layihəsi çərçivəsində COVID-19 pandemiyası zamanı virusa yoluxmuş xəstələrə və tibb işçilərinə, eləcə də Vətən Müharibəsi dövründə müharibə iştirakçılarına və terrorun fəsadlarından zərər görmüş mülki əhaliyə tibbi-psixoloji dəstəyin təşkil edilməsi sahəsində görülən işlər haqqında məlumat verilib. Eyni zamanda görüşdə tərəflər arasında sözügedən layihənin perspektivləri müzakirə edilib, bu sahə üzrə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub