Koronavirus xəstələrinin evdə müalicəsi üsulu
10.07.2020 23:02

Xəstəxanalarda aktiv xəstələrin sayı artdıqca, evdə müalicə alanların da sayı artır.

 

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış İşçi qrupun üzvü Səbinə Babazadə COVID-19 virusuna yoluxmuş şəxslərin evdə müalicə alma prosesi barədə açıqlamasında bildirib ki, vətəndaş özündə narahatlıq, virusa xas əlamətlər hiss etdikdə sahə poliklinikasına müraciət etməlidir.

 

Testin nəticəsi məlum olduqdan sonra xəstənin evdə və ya xəstəxanada müalicə olunmasına sahə həkimi qərar verir. Evdə müalicə isə yalnız həkim nəzarəti altında aparılır.

 

Onun sözlərinə görə, tibb işçisi evdə manipulyasiya etməməlidir. Bu, infeksion nəzarət qaydalarına ziddir. Belə bir müalicə xəstəxanada aparılır və həkim nəzarəti vacibdir. 

 

Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Həmin dərmanlara vitamin C, vitamin D3, maqnezium, sink, selen və parasetamol kimi preparatlar daxildir.

 

Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə təyin olunur. Sahə həkimləri COVID-19-a yoluxmuş, evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər.

 

Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir.

 

Eyni zamanda, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub