ATU-nun İctimai səhiyyə fakültəsində qış imtahan sessiyası ilə bağlı müzakirələr aparılıb
09.03.2021 14:23
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedra əməkdaşları ilə rəhbərlik arasında onlayn görüş keçirilib.
 
İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev görüşün əsas məqsədinin qış imtahan sessiyasından sonrakı vəziyyətin müzakirəsi olduğunu söyləyib.
 
Görüşdə Apelyasiya Komissiyasına müraciət edən tələbələrin qarşılaşdığı problemlər müzakirə olunub, ötən ilin müvafiq dövrü ilə müqayisələr aparılıb.
 
Məlum olduğu kimi, imtahan sessiyasına hazırlıq semestrin əvvəlindən başlayır. Bu səbəbdən görüşdə yaz imtahan sessiyasına hazırlıqla əlaqədar fikir mübadiləsi aparılıb. O cümlədən, tədris prosesinin gedişatı, onlayn və əyani dərslərin təşkili, kafedralarda professor-müəllim heyətinin fəaliyyətinin nizamlanması və s. kimi cari məsələlər müzakirələr edilib.
 
Qeyd edək ki, ATU-nun İctimai səhiyyə fakültəsində I və II kursların dərsləri tam olaraq onlayn, III, IV və V kurslarda ixtisas fənləri əyani, qeyri-profil fənlər üzrə isə dərslər onlayn formatda davam etdirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub