Yoluxma artarsa karantin sərtləşdirilə bilər - Şöbə müdiri
05.03.2021 17:07

Azərbaycanda son günlər ərzində COVID-19-a yoluxma sayında müşahidə edilən artım davam edərsə, yenidən məhdudlaşdırılma tədbirləri tətbiq edilə bilər. Ona görə də yoluxma sayındakı artımın qarşısı alınmalıdır.

 

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

 

Onun sözlərinə görə, hazırkı dövrdə artımın qarşısının alınmasının ən əsas yolu vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsidir.

 

N.Seyidov qeyd edib ki, hazırda yaşı 50-dən çox olan insanlar vaksinasiyaya cəlb edilir. Bu yaşda olanlar əsas risk qrupları hesab edildiyindən onların vaksinasiyada aktiv iştirakı olduqca vacibdir.

 

Ölkədə vaksinasiya olunmuş şəxslərin sayının 300 mindən çox olduğunu nəzərə çatdıran mərkəz rəsmisi bunu elə böyük rəqəm saymayıb.

 

Mütəxəssis vaksinasiyanın aparılmasının ölkə əhalisi arasında COVID-19-a qarşı kollektiv immunitetin yaranması baxımından olduqca zəruri sayıb.

 

Şöbə müdiri qeyd edib ki, kollektiv immunitet yaranmayana, ölkəmizdə yaşayan hər bir kəsdə təbii və ya vaksinasiya yolu ilə immunitet formalaşmayana qədər virusa yoluxma zəncirini qırmaq mümkün olmayacaq.

 

Onun sözlərinə görə, yoluxma sayının müəyyən günlərdə azalıb, müəyyən günlərdə artması göstərir ki, ölkəmizdə COVID-19-a qarşı kollektiv immunitet hələ formalaşmayıb.

 

N.Seyidov qeyd edib ki, hazırda sutka ərzində 300-400 arasında qeydə alınan yoluxma ilə bağlı yaranan ehtiyaclar bir müddət səhiyyə sistemi tərəfindən qarşılana bilər. Lakin bu say artarsa, 2020-ci ilin noyabr-dekabr aylarındakı vəziyyət yarana və xəstəxanaların çarpayı fonu yenidən dola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib