Səhiyyə Nazirliyinin mütəxəssisləri beynəlxalq konfransda çıxış ediblər  
05.03.2021 12:19

Səhiyyə Nazirliyinin mütəxəssisləri Ümumdünya Piylənmə Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış ediblər.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, 4 gün davam edəcək beynəlxalq konfransın məqsədi xüsusilə COVID-19-un cəmiyyətimizə təsir etdiyi bir zamanda piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübəni paylaşmaq və mübarizə sistemlərini gücləndirməkdir.

 

Bu il nəinki piylənməsi olan insanlar üçün çətin keçdi, həmçinin bütün dünyaya piylənmənin həmişəkindən daha çox diqqət və anlayış tələb etdiyini göstərdi. Piylənmə ilə COVID-19 arasındakı mürəkkəb və təhlükəli qarşılıqlı əlaqə piylənmənin profilaktikası və müalicəsinə ehtiyac olduğunu bir daha xatırlatdı və hər kəsin – dövlətlərin, səhiyyə işçilərinin, piylənməsi olan insanların və geniş ictimaiyyətin bu işdə böyük rolu olduğunu göstərdi.

 

Bu səbəbdən, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) 2021-ci il Dünya Piylənmə ilə Mübarizə gününü ölkəmizdə, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirir.

 

Onlayn tədbir bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri - terapevtlər, kardioloqlar, endokrinoloqlar, diyetoloqlar, nutrisioloqlar, artıq çəkidən əziyyət çəkən insanları və təşkilatları bir araya gətirib. Beynəlxalq konfransın fəal iştirakçılarına sertifikat veriləcək.

 

Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir.

 

Konfransda Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və digər ölkələrin bu sahə üzrə mütəxəssis həkimlərinin məruzələri dinləniləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub