Hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi davam edir
04.03.2021 13:06

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvarından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb. Xəstəliyin yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib və hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi davam edir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırdığına görə ölkə ərazisini xəstəlikdən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunda “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyinə qarşı sahə və stolüstü simulyasiyası təlimi” keçirilib.

 

Təlim çərçivəsində quşlarda yüksək patogen quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, xəstəliyin vaxtında aşkarlanması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müəyyən edilib.

 

Təlimdə quş qripi xəstəliyi və diaqnostikası, klinik araşdırma biotəhlükəsizlik və biomühafizə üzrə prinsiplər, şəxsi və sahə tədqiqatında biomühafizəyə dair zəruri məlumatlar verilib.

 

Təlim martın 4-də sahə simulyasiyası formatında davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub