Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan AÇIQLAMA  
02.03.2021 15:28

Artıq bir ildən çoxdur ki, karantin rejimində yaşayırıq. Aylarla toy, şənlik, gülər üz görməyən insanlar həm də küçədə xoş sima əvəzinə tibbi maskalı şəxslərlə qarşılaşırlar.Bu vəziyyət insanların ruh halına, depresiyaya, intiharlara meyllənməsinə nə dərəcədə təsir edir?

 

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər kəsdə bədbinlik, aqressiya, somatik depressiya, panik atak, xroniki depressiya əlamətləri görülür:

 

“Çünki insanlar bir ildən çoxdur, karantinin nəticələrindən əziyyət çəkirlər. Onlarda azadlıq hissinin məhdudiyyəti var. Biz hər an pis nəsə baş verə biləcəyini anlayır və sanki bunu gözləyirik. Ən böyük zərbə isə sabah hansı xəbərlərin, məlumatın olacağını bilməməkdir. Bu kimi faktlar insanlarda daxili aqressiyaya səbəb ola bilir. Təbii ki, bunlar da intiharların artmasına, ailədaxili şiddətin çoxalmasına və bədbinliyə gətirib çıxarır”.

 

Psixoloq qeyd edib ki, bu gün işlə bağlı məhdudiyyətlər, insanların sosiallaşmaması, bir-birilə münasibət qura bilməməsinə gətirib çıxarır:

 

“İnsanlar bir həftə, bir ay sonranın planını cıza bilmirlər. Planları alt-üst olur. Bu da insan psixologiyasında müəyyən sarsıntılara səbəb ola bilər. Hər bir şəxs müəyyən hadisələri özünün psixoloji durumuna uyğun olaraq dəyərləndirir. Pandemiyanın zərəri isə hazırda psixoloji durumu zəif insanlarda daha çox hiss olunur”.

 

F.Mehmanqızının sözlərinə görə, Azərbaycan xalqının normal duruma adaptasiyası çətin olacaq. Çünki biz emosional cəmiyyətik. İnsanların psixoloji ruh halının normallaşması müəyyən müddət alacaq. Bu müddətdə nələrin baş verəcəyini və cəmiyyətimizə necə təsir edəcəyini zamanla görəcəyik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib