VEBİNAR: “Kistik fibroz xəstəliyinin müalicəsində erkən diaqnostikanın və fizioterapiyanın rolu”
01.03.2021 19:48
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB), Türkiyə Uşaq Sinə Xəstəlikləri Dərnəyi və “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kistik fibroz xəstəliyinin müalicəsində erkən diaqnostikanın və fizioterapiyanın rolu” mövzusunda vebinar keçirilib.
 
Tədbirdə çıxış edən TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d. Emil İskəndərov Kistik fibroz xəstəliyinə həsr olunan vebinarların, maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.
 
Vebinarda professor Bülent Karadağ və digər türkiyəli mütəxəssislər Kistik fibrozun uşaqlarda kliniki gedişi, erkən aşkarlanması, müalicəsi və fizioterapiya – reabilitasiya üsullarının effektivliyinə dair məruzələr ediblər.
 
Qeyd edək ki, Kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəs alma qabiliyyətini məhdudlaşdıran, həmçinin sinir sistemi və cinsiyyət orqanlarına əhəmiyyətli dərəcədə təsir edən, proqressiv, autozomal resessiv irsiyyət tipinə malik genetik xəstəlikdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub