Dünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
01.03.2021 18:31
Martın 4-də Dünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş onlayn beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayacaq.
 
Aztibb.az xəbər verir ki, bu, davamlı tibbi təhsil üzrə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir.
 
Onlayn tədbirdə müvafiq sahədə çalışan müxtəlif ixtisaslı həkimlər, artıq çəkidən əziyyət çəkən insanlar və aidiyyəti təşkilatlar bir araya gələcək.
 
Əsas məqsəd piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübələri paylaşmaq və mübarizə sistemlərini gücləndirməkdir.
 
Martın 7-dək davam edəcək konfransda Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və müxtəlif ölkələrdən olan, bu sahədə fəaliyyət göstərən mütəxəssis həkimlərin məruzələri dinləniləcək.
 
Qeyd edək ki, beynəlxalq tədbirin fəal iştirakçılarına sertifikat veriləcək. Konfransda iştirak ödənişsizdir.
 
Tədbirə qoşulmaq üçün worldobesity.andop.az saytında qeydiyyatdan keçmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub