Milli Hematologiya və Transfuziologiya Mərkəzində Xocalı soyqırımı qubanlarının xatirəsi anılıb  
26.02.2021 16:54

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi-Tibbi Şurasının növbəti onlayn iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, budəfəki  iclas Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub. 

 

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və İkinci Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İclasda mərkəzin icraçı direktoru Valeh Hüseynov və Klinik diaqnostik laboratoriyasının Hematologiya və hemostaz bölməsinin rəhbəri Elxan Nağıyev çıxış ediblər.

 

E.Nağıyev çıxışında bildirib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və ən dəhşətlisidir. Cinayətkar erməni qoşunlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi vandalizm aktı nəticəsində Xocalının 613 sakini həlak olmuş, 487 nəfər yaralanmış, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin sonrakı taleyi barədə hələ də məlumat yoxdur. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 

 

Məruzəçi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. 

 

E.Nağıyev dünyanın bir çox ölkələrində Xocalı qətliamının soyqırımı kimi tanındığını diqqətə çatdırıb, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının faciənin dünyada ən yüksək səviyyədə tanıdılmasında əvəzsiz xidmətləri olduğunu bildirib: "İnanırıq ki, cinəyətkarlar öz layiqli cəzasını alacaq və tarixi ədalət bərpa olunacaqdır".

 

O, bildirib ki, ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılmış Vətən müharibəsi bizim möhtəşəm qələbəmizlə başa çatdı. Bu qələbə ilə həm də şəhidlərimizin qisası alındı. İndi ölkəmizin ərazi bütövlüyü tam təmin edilib və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır.

 

Daha sonra iclas elmi-praktik məruzələrlə davam etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub