Azərbaycandan olan qida mütəxəssisləri beynəlxalq tədbirdə iştirak ediblər
24.02.2021 13:39

Fransada Kodex Alimentarius Komissiyasının Ümumi Prinsiplər Komitəsinin 32-ci virtual sessiyası keçirilib.

 

Sessiyada Codex Alimentarius Komissiyasının ölkə üzrə milli əlaqələndiricisi, Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Fuad Mərdiyev və Qida təhlükəsizliyi şöbəsinin qida təhlükəsizliyinin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Səbinə Əsgərova iştirak ediblər.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sessiyada Komissiyanın işinin təkmilləşdirilməsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının Kodex Komissiyasının Ümumi Prinsipləri və prosedur qaydaları, 2020-2025-ci illər üzrə Kodeks Strateji Planında nəzərdə tutulan fəaliyyətlər, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbirlər, ticarətin asanlaşdırılması sahəsində əməkdaşlıq imkanları və bir sıra digər məsələlər müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub