Alimlər məlumatları birbaşa DNT-də saxlamağa müvəffəq olublar
22.02.2021 15:11

Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimləri faktiki olaraq məlumatların saxlanılması və yazılması üçün canlı orqanizm hüceyrələrini miniatür qurğulara çevirməklə, istənilən rəqəmsal daşıyıcıdan məlumatları DNT-yə köçürən yeni texnologiya hazırlayıblar.

 

Aztibb.az xarici KİV-ə istinadən bildirir ki, yeni texnologiyanın bir sıra istifadə imkanları var. DNT-nin yığılma texnologiyasının özü yeni deyil. Genetik kodu təşkil edən azotlu əsaslar cəmi dörddür. Laboratoriya şəraitində onları zəncir şəklində muncuq kimi ardıcıllıqla təsadüfi qaydada yığmaq olur. Bu daha çox "genetik qayçı" kimi tanınan "CRISPR-Cas9" texnologiyasının köməkliyi ilə edilir. Bu üsul səkkiz il əvvəl hazırlanmış və keçən il kimya üzrə Nobel mükafatına layiq görülmüşdür, lakin genetik kodun molekulyar səviyyədə yığılması çox əziyyətlidir, burada çox vaxt və xüsusi avadanlıq tələb olunur.

 

Qeyd edək ki, alim və mütəxəssislərin bu istiqamətdə tədqiqat və kəşfləri hələ davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır