Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı 200 milyonu ötüb  
20.02.2021 18:54

Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı 200 milyon nəfəri ötüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

 

Agentliyin hakimiyyət orqanlarının, ekspertlərin və KİV-in məlumatları əsasında apardığı hesablamalara görə, indiyədək 200 milyon 269 min 332 nəfər vaksinasiya olunub. Bu, dünya əhalisinin 2,6 faizini təşkil edir.

 

Peyvənd olunan bütün insanların 65 faizə qədəri dörd ölkənin – ABŞ, Çin, Böyük Britaniya və Hindistanın payına düşür. Belə ki, Birləşmiş Ştatlarda 60 milyon nəfər (ölkə əhalisinin 18,5 faizi) peyvəndlənib. Çində bu göstərici 40,5 milyon nəfərdir (əhalinin 3 faizi). Britaniyada 17,5 milyon (26,6 faiz), Hindistanda isə 10,7 milyon nəfər (1 faizdən az) peyvənd edilib.

 

Əhali sayına nisbətdə isə ən çox vaksinasiya İsraildə (80,3 faiz), Birləşmiş Ərəb Əmirliklərində (49,8 faiz) və Seyşel Adalarında (56,8 faiz) aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib