BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları tələbələrə dəstək göstərir
19.02.2021 12:37

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə laboratoriya məşğələlərində əyani iştirak edən tələbələrlə görüşüb, onlarla söhbətlər aparıblar.

 

BDU-dan bildiriblər ki, bir ilə yaxındır davam edən xüsusi karantin rejimi dövründə psixoloqlar onlayn dərslərə qoşulan tələbələrin qismən əyani dərslərdə necə iştirak etdikləri, çətinliklərinin olub-olmadığı ilə maraqlanıb, ehtiyac hiss edərlərsə, onlara hər zaman psixoloji dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Mütəxəssislər insan psixikasının çox elastik olduğunu qeyd edib, pandemiya şəraitinin yaratdığı narahatlığın aradan qaldırılması ilə bağlı məsləhətlər veriblər. Bildirilib ki, pandemiya dövründə tələbələrlə mütəmadi əlaqə saxlanılır, ehtiyacı olan tələbələrlə onlayn konsultasiyalar təşkil edilir. Hər bir tələbə istədiyi vaxt sektora müraciət edə bilər.

 

Tələbələr laboratoriya məşğələlərində həvəslə iştirak etdiklərindən, eyni zamanda, onlayn dərslərə də qoşulduqlarından danışıb, göstərilən diqqət və dəstəyə görə sektorun əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub