Peyvəndi heç bir halda gecikdirmək olmaz - Həkim-pediatrdan HƏYƏCAN TƏBİLİ
10.08.2020 15:18

"Pandemiya müddətinə görə uşaqların peyvəndini sonraya saxlamaq düzgün qərar deyil".

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

 

O, bildirib ki, uşaqlar peyvəndsiz qalarsa məhz onlar üçün təhlükəli olan başqa xəstəliklərə yoluxa və ağır keçirə bilərlər:

 

"Uşaqların peyvəndini bir az da sonraya saxlamayın. Epidemiyanın əvvəlində mən də dedim saxlayaq. Çünki virusa bələd deyildik. Sonra gördük ki, onun uşaqlarla işi yoxdur. Uşaqlar peyvəndsiz qalsa məhz onlar üçün təhlükəli olan göy öskürək, qızılca, difteriya kimi xəstəliklərə yoluxar və ağır keçirərlər.

 

Qarşıda payız gəlir, respirator xəstəliklər yayılacaq. O zaman isə deyəcəksiz "uşağın sağlam vaxtını tapmırıq ki, peyvənd edək". Düz də deyəcəksiniz. Xəstə olanda olmaz. Mütləq xəstəlikdən iki həftə ya bir ay keçməlidir. Belə olanda isə fasilə uzanır".

 

Uşağın peyvəndini yay olduğu üçün saxlamağın yanlış olduğunu deyən həkim, körpənin 2 ayından edilməli olduğunu vurğulayıb.

 

"Nə qədər kiçik aylarda edilərsə, o qədər minimum yan təsirlər görərik ( hərarət, narahatlıq və s)

 

  • uşağınızın peyvəndini "damcı edək, iynə qalsın" deyib çeşidləməyin. Damcı bir poliomielit xəstəliyidir, iynə dediyiniz isə 5 xəstəlik ( göyöskürək, tetanus, hepatit b, hemofilus influenza, difteriya)

 

  • uşağınızın peyvəndi üçün özəl klinika axtarmayın, öz qeydiyyatda olduğunuz yerdə etdirin. Hamısı eyni peyvənddir. Əbəs yerə övladınıza pulsuz ayrılmış peyvəndə o qədər ödəniş etməyin. Bu zaman sadəcə özəl klinika pul qazanır".

 

"Valideyn poliklinika sahə həkiminə peyvəndə görə zəng edir, o isə "mən COVID-19 ilə mubarizəyə ezam olunmuşam" deyir. Bu, uşağın peyvəndinin təxirə salınmasına səbəb olmalı deyil. Uşağı başqa yerdə yoxladın, yaxud həmin poliklinikada başqa sahə həkiminə göstərin. Ya uşağın adına olan peyvəndini buz içərisində versin və qeyd etsin, valideyn də aparıb hardasa vurdursun. Uşaq peyvəndsiz qalmamalıdır" - deyə, həkim heç bir halda uşaqların peyvəndinin gecikdirilməməli olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır