“Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” - Elmi seminar
17.02.2021 10:43

Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev seminarın gündəliyi barədə iştirakçılara məlumat verib. Sonra institutun elmi işçisi Ulduz Cəfərovanın məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, onkoloji xəstəliklərin dünya səhiyyəsində ciddi problem olması onun ildən-ilə geniş yayılan dinamikasında ölüm hallarının artmasından qaynaqlanır. O, hazırda dünyada ən çox rast gəlinən və ölüm hallarına səbəb olan bədxassəli şişlər, onların yaranmasında rol oynayan risk amilləri, inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinin tövsiyə etdiyi bədxassəli şişlərdən qorunmaq yolları, profilaktik tədbirlər haqqında məlumat verib.

 

Məruzəçi hazırda bədxassəli şişlərin müalicəsində nəyə üstünlük verilməsi, hansı müalicə metodlarının standart kimi tövsiyə olunması və ən əsası müalicə üsulunun seçilməsinin xəstəliyin yerləşdiyi orqandan, mərhələsindən, yayılmasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişməsini konkret faktlarla izah edib. O, müvafiq istiqamətdə potensial dərman maddələri – sintetik antioksidantlar və enzim-izoenzim inhibitorların yaradılması ilə bağlı Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin müştərək beynəlxalq tədqiqatlar çərçivəsində apardığı elmi tədqiqatlardan da danışıb.

 

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub