Reabilitasiya sahəsində ÜST-lə əməkdaşlıq layihəsinə başlanılır
15.02.2021 17:47

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin gücləndirilməsinə də imkan yaradıb. Həmin vasitələrin növlərinin siyahısına ötən il daha 23 yeni növ əlavə edilib. Hazırda əlilliyi olan şəxslər 60 növ reabilitasiya vasitələri ilə təmin olunur.

 

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşdə bildirib.

 

Görüşün məqsədi Azərbaycanda reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi sahəsində əməkdaşlıq layihəsinin təqdimatı olub.

 

Nazir ölkəmizdə reabilitasiya sisteminin təkmilləşdirilməsi işlərini, ötən il daha 6 bölgədə müasir reabilitasiya və sosial xidmət müəssisəsinin açıldığını, bu il 4 belə müəssisənin də açılacağını, 2021-ci ilin axırına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya və sosial xidmət müəssisələrinin sayının 30-dan çox olacağını, reabilitasiya xidmətləri göstərilənlərin illik sayının 30 minə çatacağını qeyd edib.

 

S.Babayev ötən il əlilliyi olan 11 min 344 şəxsin 35 min reabilitasiya vasitəsilə təmin edildiyini bildirib. O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərlə təminat proqramına da başlanıldığını, bu sahədə ardıcıl işlərin aparıldığını vurğulayıb. Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin iştirakçılarına, onlardan yaralanmış hərbi qulluqçulara sosial-psixoloji və reabilitasiya dəstəyinin göstərilməsi, həmin şəxslərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə aparılması üçün görülən işləri diqqətə çatdırıb.

 

O, Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni layihənin əhəmiyyətini diqqətə çatdırıb.

 

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı qeyd edib ki, 2021-ci ili əhatə edən layihə çərçivəsində reabilitasiya vasitələrinə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatlar nəzərdə tutulur. Həmin tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsinə dair təkliflər hazırlanacaq.

 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib