"Avropada koronavirusun yoluxma səviyyəsi narahatlıq doğurur" - ÜST  
17.09.2020 17:16

Avropa ölkələrində COVID-19 infeksiyasının yoluxma səviyyəsi narahatlıq doğurur.

 

Aztibb.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

 

O bildirib ki, Avropada sentyabrda qeydə alınan rəqəmlər mart və aprellə müqayisədə daha yüksəkdir və bu, hər kəs üçün həyəcan siqnalı olmalıdır.

 

ÜST nümayəndəsi, həmçinin bəzi ölkələrin karantin rejimini azaltmaq qərarı ilə bağlı da narahatlıq ifadə edib:

 

“Biz bilirik ki, karantinin ən cüzi şəkildə azaldılması belə insana və cəmiyyətə necə böyük təsir göstərir. Region ölkələrini standart elmi prosedurlara əməl etməyə və karantin rejiminin təhlükəsiz şəkildə azaldılmasının yollarını axtarmağa çağırıram”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır