ÜST nümayəndəsi koronavirusa görə Gəncəyə getdi
09.12.2020 11:12

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

 

O, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Gəncədə həyata keçirilən tədbirlərlə maraqlanıb, öz tövsiyyələrini verib.



N.Bayramov Gəncədə koronavirus infeksiyasının geniş yayılmasınn qarısının alınması istiqamətində görülən işlər barədə əltraflı məlumat verib. Bildirilib ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə modul tipli xəstəxana istifadəyə verilib.

 

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqları, ÜST-ün tövsiyyələrinə uyğun olaraq şəhərdə mütəmadi dezinfeksiya iləri həyata keçirilir. Həmçinin bildirilib ki, bununla yanaşı Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir ki, onun da tərkibində 35 mobil qrup yaradılıb: "Mobil qrupıların üzvləri mütəmadi olaraq sakinlər arasında maarifləndirmə işləri həyata keçirir, insanları yas mərasimləri və müxtəlif şənliklərə getməkdən, kütləvi toplaşmaqdan çəkinməyə çağırırlar. Əhaliyə tibbi maskaların paylanması da görülən tədbirlərin bir hissəsidir. Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” da fəaliyyət göstərir. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi reydlər də həyata keçirilir".

Hande Harmancı yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Gəncədə həyata keçirilən tədbirləri təqdirəlayiq hesab edib. O bildirib ki, COVİD-19-a qarşı vaksinin Azərbayacana gətirilməsi istiqamətində TƏBİB və Səhiyyə Nazirliyi ilə müvafiq işlər aparırlır. Yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin önəmənindən danışan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi bir sıra məsləhətlər də verib. O, gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskalardan istifadənin, insanlar arasında sosial məsafənin saxlanılmasının önəmindən danışıb. Hande Harmancı mənzillərdə otaqların havasının tez-tez dəyişdirilməsini tövsiyyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır