Kliniki Tibbi Mərkəzdə YENİ TƏYİNAT  
07.04.2022 11:26
İnfeksion xəstəliklər üzrə həkim-mütəxəssis Aişə Kərimova Kliniki Tibbi Mərkəzdə fəaliyyətini davam etdirəcək.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, Aişə Kərimova Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti vəzifəsinə təyinat alıb.
 
Aişə Kərimova 17 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə 20 saylı məktəb-liseydə tam orta təhsil alıb. 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib. 2017-ci ildə Klinik Tibbi Mərkəzdə İnfeksion xəstəliklər üzrə rezidentura təhsilinə başlayıb və 2021-ci ildə bitirərək həkim-infeksionist ixtisasına yiyələnib. 2020-ci ildə Türkiyə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində rotasiyada olub.
 
O, “Ulusal Çocuk Enfeksiyon Hastalıkları ve Bağışıklama Kongresi”, “Stanford-COVID-19 Training for Healthcare Workers”, “XV Ulusal Viral Hepatit Kongresi”, “Türkiye EKMUD Uluslararası Bilimsel Platformu” və s. layihələrdə iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır