ÜST: Əfqanıstanın səhiyyə sistemi kollaps astanasındadır
23.09.2021 09:55

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda yaranmış vəziyyətlə əlaqədar həyəcan təbili çalıb. ÜST-ün Baş direktoru Tedros Qebreyesus və təşkilatın Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari Əfqanıstanın səhiyyə sisteminin kollaps astanasında olduğuna dair xəbərdarlıq edibilər.

 

Aztibb.az xəbər verir ki, Əfqanıstana səfər edən ÜST-nin nümayəndə heyəti təcili şəkildə tədbirlərin görülməyəcəyi təqdirdə bu ölkədə ən qısa zamanda humanitar fəlakətin baş verəcəyini bildirib. Qeyd edilib ki, avqust ayından bəri ölkədəki xəstəxanaların bir qismi bağlanıb, işçilərə maaş və tibbi ləvazimatlar üçün vəsaitlər çatışmır.

 

Həmçinin qeyd edilib ki, ölkədə koronavirusa qarşı mübarizə aparan 39 klinikadan doqquzu artıq bağlanıb, getdikcə daha az insan virusa qarşı test və peyvənd edilir. Hazırda ölkədə olan 1,8 milyon peyvənd dozası istifadə müddəti başa çatmamış təcili şəkildə tətbiq olunmalıdırlar. Digər tərəfdən isə kökü kəsilmiş poliomielit xəstəliyinin yenidən baş qaldırma təhlükəsi yaranıb, qızılcaya yoluxma halları isə artmaqdadır.

 

ÜST rəsmiləri bildiriblər ki, qurum öz tərəfdaşları ilə bütün ölkə boyu evbəev gəzərək insanları poliomielit, qızılca və koronavirus kimi yoluxucu infeksiyalara qarşı peyvəndləməyə hazırdır.

 

Rəsmilərin sözlərinə görə, talibançılar Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra bu ölkəyə 170 tondan artıq tibbi material çatdırılıb. Bu yardımların davam etdirilməsi üçün beynəlxalq quruma qarşıdakı dörd ay ərzində 38 milyon ABŞ dolları vəsait lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır