ÜST Şamaxıda “PROACT - Qayğı” layihəsinə başlayıb
12.02.2021 11:47

Fevralın 12-də Şamaxıda “PROACT - Qayğı” layihəsinin icrasına başlanılıb.

 

Layihə COVID-19 infeksiyasının yayılması şəraitində vacib səhiyyə xidmətlərinin göstərilməsində baş verə biləcək çatışmazlıqların qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Habelə layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur. Bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və Universal Səhiyyə Əhatəsi Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir. Bu münasibətlə keçirilən tədbirdə layihə tərəfdaşları adından ÜST-nın Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Min Yuan, Çarhan kənd tam orta məktəbin direktoru Afaq Orucova çıxış edərək, layihənin Şamaxı rayonu və digər yerlərdə ilkin səhiyyənin təkmilləşdirilməsi sahəsindəki müsbət təsirindən danışıblar. Milli Məclisin deputatı Soltan Məmmədovun onlayn çıxışı da dinlənilib.

 

Tədbirdə rayonun səhiyyə sistemi ilə bağlı məlumatların daha etibarlı və əlçatan olması məqsədilə hazırlanan geopolitik sistemin təqdimatı keçirilib. Layihənin təqdimatı və müzakirələrdən sonra Hande Harmancı, Min Yuan və Caydev Singx jurnalistlərə müsahibə veriblər.

 

Sonra tədbir iştirakçıları cari il fevralın 4-dən etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzində də olublar. ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT - Təlim” layihəsi çərçivəsində yaradılan mərkəz mayın 15-dək fəaliyyət göstərəcək. Burada Şamaxı və ətraf rayonlardan olan 400 nəfərədək tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a qarşı cavab tədbirləri sahəsində təlim keçiriləcək. Təlim mərkəzi daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.

 

“PROACT - Qayğı” layihəsinin tərəfdaşları daha sonra rayonun Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə gəliblər. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onların ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır