Səhiyyə Nazirliyi rezidentlərin yekun attestasiyasına dair şərtləri açıqlayıb
15.02.2021 17:36

AR Səhiyə Nazirliyi rezidentlərin yekun attestasiyasına dair şərtləri açıqlayıb. 

 

Aztibb.az xəbər verir ki, rezidentlərin yekun attestasiyasının test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verməlidir. 50 test tapşırığından 40 standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcək. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaq. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaq. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi ixtisaslar üzrə aşağıda göstərilən tarix və saatlarda Azərbaycan Tibb Universitetinin (ATU) İmtahan Mərkəzində keçiriləcək. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Saat 10:00-13:00

 

I zal

 

 

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Kardiologiya

Şüa-diaqnostikası

Narkologiya

Yoluxucu xəstəliklər

Allerqologiya və immunologiya

Uşaq cərrahiyyəsi

Travmatologiya-ortopediya

  

II zal

 

Laboratoriya işi

Mikrobiologiya

Patoloji anatomiya

Stomatologiya

Ürək-damar cərrahiyyəsi

Qastroenterologiya

Endokrinologiya

Dermatovenerologiya

Onkologiya

Hematologiya

Nevrologiya

Daxili xəstəliklər

Ftiziatriya

Pediatriya

Neyrocərrahiyə

 

Qeyd: Praktik məşğələlər üzrə ixtisas imtahanının tarixləri növbəti elanda göstəriləcək. Həkim-rezidentlərin şifrələri ilə əlaqədar hər-hansı problem yaranarsa ATU-nun rezidentura və magistratura şöbəsinin 012 597 44 83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub