16–17 noyabr 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində Zəfər Gününə həsr olunmuş “Yeni nəsil radioloqlar: elmdən klinik təcrübəyə” adlı elmi-praktik simpozium keçiriləcək.
ATU-dan Aztibb.az-a bildirilib ki, simpoziumun əsas məqsədi radiologiya ixtisası üzrə rezidentura təhsilini başa vurmuş gənc mütəxəssislərin elmi fəaliyyətini və peşəkar nailiyyətlərini təqdim etmək, onların elmi potensialının inkişafını dəstəkləmək, elmi karyera imkanlarını müzakirə etmək, eləcə də müasir radiologiya sahəsində nəzəri biliklərin və praktiki bacarıqların təkmilləşdirilməsinə töhfə verməkdir.
Simpoziumun ilk günü gənc radioloqların elmi məruzələrinə və tədqiqat nəticələrinin təqdimatına həsr olunacaq. İkinci gün isə ATU-nun Tədris Terapevtik Klinikasında “İnsult və neyrovaskulyar müdaxilələr” mövzusunda elmi-praktik proqram keçiriləcək.
Proqram çərçivəsində elmi məruzələr və Almaniyadan dəvət olunmuş ekspertlərin rəhbərliyi ilə modellər üzərində neyroinvaziv müdaxilələrin nümayişi nəzərdə tutulur.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdmB-jjQT77LxJz01VUlEwWndQncdMpvpm7KKR11w6fzz29Dg/viewform

