Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
15.02.2021 17:23

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının 2021-ci ildə ilk onlayn iclası keçirilib.

 

Tədbiri AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

 

İlk olaraq akademik İradə Hüseynova bölmə üzvlərindən AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadəni, AMEA-nın müxbir üzvləri Elşad Qurbanovu 70, İbrahim Cəfərovu 65 illik, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Həsən Babayevi 60 illik yubileyləri münasibətilə təbrik edərək, onların BTEB-in Fəxri fərmanı ilə təltif olunduqlarını bildirib.

 

Sonra vitse-prezident yığıncaq iştirakçılarına Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin mart ayının 30-da 75 yaşının tamam olacağı barədə məlumat verib, alimin məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında danışıb və vurğulayıb ki, AMEA rəhbərliyinə bu məsələ ilə bağlı müvafiq təqdimat verilib.

 

Akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin "AMEA-da 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planları haqqında" 8 yanvar 2021-ci il tarixli 1/3 nömrəli qərarı haqqında məlumat verib. Natiq qeyd edib ki, institutların elmi tədqiqat planları bölmədə əvvəlcədən baxılaraq geniş müzakirə olunub və lazımi düzəlişlər edilib, hazırda planlar AMEA Rəyasət Heyətinə təqdim oluna bilər.

 

Bundan əlavə, BTEB-in elmi təşkilatlarının 2021/2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təklifləri ətraflı müzakirə edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub