Çində koronavirusun 13 ştammı aşkar edilib
15.02.2021 12:38

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri, zoonoz infeksiyalar və qida təhlükəsizliyi üzrə mütəxəssis Piter Ben Embarek 2019-cu ilin dekabrında Uhan şəhərində koronavirusun yayılması ilə bağlı əldə olunmuş yeni məlumatları açıqlayıb.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Embarek Çinin ÜST mütəxəssislərinə həmin dövrdə qeydə alınan yalnız 174 yoluxma barədə məlumat verib.

 

“Amma əslində real durum fərqli idi, yoluxma sayı göstəriləndən qat-qat çox idi. Çünki tibbi yardım üçün müraciət edənlər yalnız ağır xəstəlik keçirənlər olub. Hazırkı məlumatlara görə, bu cür xəstələr yalnız 15% nisbətindədir və koronavirus əksər hallarda yüngül keçir”, - deyə ÜST nümayəndəsi bildirib.

 

Beynəlxalq ekspert qrupunun rəhbəri 2019-cu ilin dekabrında ilk koronavirus infeksiyasının baş verdiyi Uhan şəhərində azı min nəfərin 13 fərqli COVID-19 ştammına yoluxduğunu düşünməyə əsas olduğunu söyləyib.

 

O, qeyd edib ki, virusun bəzi variantları yerli bazarlardan yayılmağa başlayıb, ancaq bəzilərinin onlarla heç bir əlaqəsi olmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib