Oqtay Şirəliyev Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
12.02.2021 14:16

Səhiyyə naziri Oqtay Şirəliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, görüşdə bütün sahələrdə olduğu kimi səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğu qeyd edilib. Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

 

Pakistanın əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi səfir və nazir tərəfindən vurğulanıb.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər Beynəlxalq Təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat