“Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayn konfrans keçirilib - FOTO
12.02.2021 11:41

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayn konfrans keçirilib.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya, Botanika, Fəlsəfə və Sosiologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, İdarəetmə Sistemləri institutlarının, eləcə də TƏBİB-in, Azərbaycan Tibb Universitetinin (ATU) və Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri iştirak ediblər.

 

Konfransı akademik İradə Hüseynova açaraq bildirib ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i dünyada “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günün qeyd olunması qadın və qızların elmin müxtəlif sahələrindəki rolunu gücləndirməyə xidmət edir. Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, hər il müxtəlif mövzulara həsr olunan “Qadınlar və qızlar elmdə” beynəlxalq günü 2021-ci ildə “Qadın alimlər COVID-19-la mübarizənin ön cəbhəsində” mövzusuna həsr edilib.

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “COVID-19 pandemiyasının gender aspektləri və ailədaxili münasibətlər” mövzusunda geniş məruzə edib.

 

Sonra AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Pandemiya şəraitində Azərbaycanda elm və dövlət strategiyası gender kontekstində” mövzusunda çıxış edib. 

 

Tədbirdə həmçinin TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva “COVID-19 infeksiyasının profilaktikası istiqamətində görülən işlər”, AMEA-nın Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova “COVID-19 pandemiyasının ölüm statistikasında gender fərqləri”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi Aytən Ağayeva “Koronavirus paradoksu: vaksinlər və mutasiyalar, kim qalib gələcək?”, AMEA-nın gender məsələləri üzrə əlaqələndiricisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahru Nəcəfli “Pandemiya dövründə AMEA-nın gender göstəriciləri”, Botanika İnstitutunun laboratoriya müdiri, professor Səyyarə İbadullayeva “Yeni koronavirusla mübarizədə dərman bitkilərinin rolu”,  Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, dosent Lalə Mövsümova “Pandemiya dövründə qadın mənəviyyatı və elm”, TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin baş mütəxəssisi Nəzrin Mustafayeva “COVID-19 pandemiyası dövründə xəstəxanaların hazırlığı və müalicə işinin təşkili”, TƏBİB-in Elmi-Tədqiqat və Təhsil Departamentinin məsləhətçisi Sevda Kərimova “COVID-19 pandemiyasının bioetik aspektləri”, ATU-nun kafedra müdiri, professor Məlahət Sultanova “COVID-19: ümidlər və reallıq”, ATU-nun Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova “COVID-19 xəstələrində exokardioqrafik dəyişikliklər” və BDU-nun Biologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova “Pandemiya şəraitində universitetlərdə elm və tədrisin təşkili” mövzusunda çıxış ediblər.

 

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbirə yekun vuraraq, postpandemiya dövründə Azərbaycan elmi qarşısında duran vəzifələrdən, elmin inkişafı üzrə prioritetlərdən, Azərbaycan populyasiyasının genetik strukturunun tədqiqindən, geniş yayılmış xəstəliklərin, o cümlədən infeksion xəstəliklərin qarşısının alınması məqsədilə aparılan elmi tədqiqatlardan danışıb.

 

Daha sonra konfransda fəal iştirakına və səmərəli elmi fəaliyyətinə görə bir sıra iştirakçılar sertifikatla təltif olunublar.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib