“Müharibədən qayıdan insanlara çox həssaslıqla yanaşmalıyıq” - Psixoloq MƏSLƏHƏTİ
04.02.2021 13:22

Müharibədən qayıdanlar travma yaradacaq çox ağır səhnələrdən keçiblər. Ümumiyyətlə müharibə psixologiyası çox dərin və çətin psixoloji vəziyyətdir. 

 

Bunu Aztibb.az-a müsahibəsində müharibədən qayıdanların psixoloji vəziyyəti ilə bağlı məsələyə münasibət bildirən psixoloq İlahə Dadaşova deyib.

 

Psixoloq bildirib ki, cəmiyyətimizdə hazırda 2 ən aktual mövzu var. Onlardan biri son günlər ard-arda intihar hallarının baş verməsi, digəri isə döyüş bölgəsindən gələn şəxslərin psixoloji drumu və onlarla necə rəftar edilməsidir:

 

“Müharibədən qayıdanlarım yaşadıqlarına adaptasiya olmaları üçün çox güclü psixoloji durum tələb edir.  Bəzilərinin psixologiyası buna uyğunlaşa bilir, bəziləri isə yox.

 

Əslində müharibə onlarda özləri ilə ömür boyu daşıyacaqları travma yaradıb. Bəzi şəxslərdə kəskin stres pozuntusu, bəzilərində posttravmatik stress pozuntusu, bəzilərində kəllə-beyin travması nəticəsində alınan kantuziyalar mövcuddur. Amma hər bir halda müharibə bitəndən sonra bütün bu halların tamamilə aradan qaldırılması mümkün deyil. O insanlar ideal həyata adaptasiya olmağa çalışırlar. Bu onlar üçün heç asan deyil. Yaşadıqları şərait, yaxın bildikləri, bir yerdə yemək yedikləri insanların şəhid olması asanlıqla adaptasiya olacaqları bir şey deyil.

 

Nəzərə alaq ki, döyüşdən qayıdan insanlar çox ağır travmalar yaşayırlar. Ona görə də onlara çox həssaslıqla yanaşılmalıdır. Cəbhədən qayıdanların yaşadığı evlərdə sakit mühit yaradılmalıdır”.

 

İ.Dadaşovanın sözlərinə görə, müharibə şəraitində istifadə olunan döyüş sursatlarının səsləri hələ də onlara çox pis təsir edir. Bunu nəzərə alaraq təyyarə səsi, adi siqnal səsi, hətta qapı çırpılması səsi də onlara çox mənfi təsir göstərir. Əslində cəmiyyət olaraq adi yol şəraitində də biz bunu nəzərə almalıyıq. Bacardığımız qədər onların travmasını nəzərə alaraq siqnallardan az istifadə etməliyik. Ailələri onları səs-küy olan yerlərdən uzaq tutmalıdır.

 

Doğrudur, qohumlar cəbhədən qayıdanları həmişə ziyarətə gedir. Ancaq həmin şəxslərin ziyarətinə gedərkən özləri ilə uşaqlarını aparmamaları məsləhətdir. Çünki uşaq səs-küyləri də bu şəxslərə mənfi təsir edə bilir. Onların cəmiyyətə adaptasiya olunması üçün hələ bir müddət zaman lazımdır. Ona görə də bunları nəzərə alaraq onlara çox həssas yanaşmalıyıq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır