Rəşad Mahmudovdan vaksinasiya ilə bağlı çağırış - MÜSAHİBƏ
03.02.2021 11:51
Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovun müsahibəsini təqdim edirik.
- Rəşad müəllim, Azərbaycan tədricən anti-pandemiya mərhələsinə doğru irəliləyir. Tədris müəssisələrinin, müəyyən sahələrin fəaliyyəti artıq bərpa olunub. Yoluxma sayı azalsa da, vəziyyət ağır olaraq qiymətləndirilir. Bu konteksdə karantin rejiminin yumşaldılmasını necə qiymətləndirirsiniz?
- Əlbəttə, dünyada hər bir milyona insana düşən yoluxma-xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə vəziyyətin bizdə nə qədər yaxşı olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epidemoloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemioloji tədbirlər və verilən qərarların bir daha doğru olduğunu göstərir.
Düşünürəm ki, bugünkü reallıq əlbəttə mərhələli şəkildə karantin rejiminin daha da yumşaldılmasını zəruri edib. Dövlət də bu istiqamətdə addımlarını atır. Ancaq mən bu işi iki bucaqlı və iti bıçağa bənzədirəm. Yəni heç bir tərəfdən əminliklə konkret addım atmaq mümkün deyil. Başqa sözlə, biz hər şey bitmiş kimi davranıb, kəskin hərəkətlər etdiyimiz zaman bıçağın bir ucu əlimizi kəsə bilər. Və yaxud digərinə ciddi yanaşdığımız zaman iqtisadi-sosial, mədəni və psixoloji problemlərə gətirib çıxara bilər. Odur ki, cəmiyyət dövlətin verdiyi qərarlara uyğun şəkildə və birlikdə hərəkət etməlidir. Ən başlıcası dövlət və cəmiyyət arasında olan həmrəyliyi Operativ Qərargah daha çox hiss etdikcə dünyadakı nisbi bilgilər daxilində bir sonrakı atılacaq addımlar və qərarlar daha rahat, güvənli olacaq. Onu da deyim ki, fevralın 1-dən etibarən başlanan yumşalmadan sonra cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. O mənada ki, bu yumşalmadan insanlarımız faydalanacaq, hər bir şəxsin özünün azadlığından başqa iş yerlərinin açılması ilə evinə çörək aparmaq imkanı yaranacaq. Bu insanların haqlarına toxunmamaq üçün biz daha çox diqqətli olmalıyıq. Preventiv tədbirlərə əhəmiyyət verməliyik. Sosial məsafəni qorumaq, maska taxmaq, şübhə varsa, ümumi ictimai yerlərdən kənarda durmaq lazımdır.
- Türkiyə, Rusiya, Gürcüstan və İranda yoluxma sayı yüksək olaraq qalır. Eləcə də bəzi insanlar hələ də preventiv qaydalara əməl etmir. Bunları nəzərə alaraq yenidən qapanmalara gedilməsi ehtimalı varmı?
- Əlbəttə, konkret gedişatı heç kim deyə bilməz. Sadəcə mən ölkəmizdə mövcud olan son dörd aydakı tendensiyanı nəzərə almaqla yaz aylarında böyük bir dalğanın müşahidə edilməsi ehtimalını görmürəm. Ancaq bu, bizim rahatlanmağımız üçün səbəb ola bilməz. Sadəcə ehtimal olunmur. İnsanlar virusdan qorunmaqda davam etməli, verilən tövsiyələrə əməl etməlidirlər.
- Beynəlxalq mütəxəssislər bildirirlər ki, əhalinin 50 faizdən çoxu virusa yoluxduqdan sonra vəziyyət böyük ölçüdə həll olunacaq. Yumşalma ilə bağlı istənilən qərarı qəbul etmək olacaq. Ölkəmizdə ümumi yoluxma sayını nəzərə alsaq, sizin bununla bağlı fikriniz nədir?
- Adətən dünyada yanaşma belədir ki, 50-70 faiz yoluxmadan sonra bu mümkündür. Mənim düşüncəm belədir ki, hər nə qədər aqressivliyi davam etsə belə, həm virusu tanıma, həm onunla mübarizə, həm də insanların ümumi məlumatlanması və daha vacibi vaksinlərin əlimizdə olması ilə hər keçən gün virusdan daha az qorxacağıq.
- Yəni düşünürsünüz ki, iqtisadi açılıma da getmək olar?
- Əlbəttə, qorxu azaldıqca və karantin rejimi yumşaldıqca iqtisadi açılımlara getmək təbii haldır. Düşünürəm ki, hazırkı epidemioloji vəziyyət mərhələli şəkildə iqtisadiyyatın açılımını mümkün sayır.
- Avropada artıq üçüncü dalğa haqqında fikirlər səsləndirilir...
- Onun haqqında heç kim konkret heç nə deyə bilməz. Mən hazırda ölkəmiz üçün üçüncü dalğa təhlükəsini gözləmirəm.
- Azərbaycanda vaksinayaya start verilib. Gedişatı necə qiymətləndirirsiniz?
- Vaksinləşmə könüllüdür. Bu səbəbdən gedişat daha çox cəmiyyətin reaksiyasından asılıdır. Əfsuslar olsun ki, insanların vaksinlərə qarşı münasibəti və reaksiyası ürəkaçan deyil. Lazımsız və qeyri-rəsmi məlumatlara daha çox inanırlar. Bu da ola biləcək dalğa qarşısında ölkəmizin çətin duruma sala bilər. Odur ki, insanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm.
Bu bölməyə aid digər xəbərlər
ATU-nun əməkdaşı tibb xidmətləri sahəsində təkliflərini təqdim edir
29.11.2021 | 10:38
Vaxtından əvvəl doğulan körpələrdə ən çox rast gəlinən PROBLEMLƏR/RİSKLƏR - Tanınmış neanotoloq Sevda Əsədova
06.04.2021 | 12:57
Nazirlik: Allergiyası olanlar da COVID-19-a qarşı peyvənd vurdura bilər
29.03.2021 | 12:37
“Müharibədən qayıdan insanlara çox həssaslıqla yanaşmalıyıq” - Psixoloq MƏSLƏHƏTİ
04.02.2021 | 13:22
Fuad İsmayılov: “Qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir” - MÜSAHİBƏ
04.02.2021 | 13:14
Rəşad Mahmudovdan vaksinasiya ilə bağlı çağırış - MÜSAHİBƏ
03.02.2021 | 11:51
“İntihar xəbərləri insanlarda özünü öldürmək fikrini alovlandırır” - Psixoloq İlahə Dadaşova
31.01.2021 | 11:41
Günay Quluzadə: "Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalacaq"
19.01.2021 | 12:23
COVID-19-dan yeganə xilas yolu peyvəndləmənin aparılmasıdır
08.01.2021 | 16:07
Professor Uğur Şahin: Çin vaksini infeksiyaya qarşı yetərincə təsirlidir
27.12.2020 | 10:28
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
21.04.2026 | 10:40
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
20.04.2026 | 16:38
ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib
20.04.2026 | 18:54
Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
20.04.2026 | 16:05
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
21.04.2026 | 16:24
Sahibkarlar HACCP barədə məlumatlandırılıblar
20.04.2026 | 12:34
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir
20.04.2026 | 11:22
Qastrit və xora zamanı necə qidalanmalı?
21.04.2026 | 14:31
Bakıda ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb
20.04.2026 | 20:33
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
21.04.2026 | 16:25
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
21.04.2026 | 13:07
Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”
21.04.2026 | 12:58
Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
20.04.2026 | 12:21
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
21.04.2026 | 18:28
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
21.04.2026 | 13:55

