COVID-19-dan yeganə xilas yolu peyvəndləmənin aparılmasıdır
08.01.2021 16:07

Bu gün belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavirusla (COVID-19) mübarizədə peyvənddən səmərəli yol yoxdur. Az qala bir ilə yaxındır ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

 

Onun sözlərinə görə, müxtəlif qabaqcıl ölkələrdə kütləvi şəkildə peyvənd aparılmasına başlanılması problemin nəzarət altına alınması üçün onun yeganə vasitə olduğunu göstərir. Tibbi mərkəzlərin və mütəxəssislərin gəldiyi qənaət də bunu təsdiq edir.

 

“Təəssüf ki, bəzi hallarda bu mühüm və vacib kampaniya aparılmasına başlanılmamış hər hansı bir ölkədə baş verən bir və ya iki ölüm halını heç bir mütəxəssis rəyi olmadan peyvəndlə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə yanaşma əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Bu bir faktdır ki, COVID-19 infeksiyası yayılmamışdan əvvəl də dünyada hər gün həyatını itirən insanlar vardı. Həmin ölüm halı ilə əlaqədar əlində ciddi və əsaslandırılmış fakt olmadan onun peyvəndlə əlaqələndirilməsi həqiqəti əks etdirmir, çünki belə bir qənaətə xüsusi tibbi-ekspert qrupunun rəyindən sonra gəlmək olar. Hələlik indiyə qədər koronavirus peyvəndinin həyati təhlükəsi ilə əlaqədar hər hansı dəqiq məlumat yoxdur. Dolaşan bəzi məlumatlar isə daha çox spekulyativ xarakter daşıyır, tibbi mərkəz və mütəxəssislərin rəyinə əsaslanmır və qətiyyən həqiqəti əks etdirmir”, - deyə komitə sədrinin müavini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır