FİFA və ÜST COVID-19 vaksinlərinə ümumi çıxışın təmin edilməsi üzrə səylərini birləşdirir
03.02.2021 09:51

Beynəlxalq Futbol Federasiyası (FIFA) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məqsədi COVID-19 əleyhinə vaksinlərə, bu xəstəliyin müalicəsi və diaqnostikasına ümumi əlçatımlığı təmin edilməsi olan yeni informasiya kampaniyası çərçivəsində güclərini birləşdirir. Kampaniyaya, ehtiyat tədbirlərinin daha çox riayət edilməsinə ictimaiyyəti təşviq etmək məqsədilə futbol ulduzları cəlb ediləcək.

 

Televiziya ilə, eləcə də matç zamanı stadionlarda yayımlanacaq videoçarxlarda tanınmış futbolçular COVID-19-un diaqnostika, müalicə və qarşısının alınması metodlarının hazırlanması təşəbbüsü - ACT-Accelerator haqqında danışacaq və öz azarkeşlərinə maskalardan istifadə etmək, fiziki məsafəyə riayət etmək, əlləri tez-tez yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə etmək zərurətini xatırladacaqlar.

 

“Biz hamımız koronavirus ilə mübarizədə rol oynamalıyıq. Biz beynəlxalq ictimaiyyəti birlikdə hərəkət etməyə və bütün dünyada vaksinlərə, müalicəyə və diaqnostik testlərə çıxışa gəldikdə, bərabər şəraiti təmin etməyə çağırırıq”, – deyə FİFA prezidenti Canni İnfantino bildirib.

 

Kampaniyaya başlamazdan əvvəl ÜST-nin Baş direktoru Tedros Qebreyesus ACT-Accelerator təşəbbüsünün qlobal dəstəyə ehtiyacı olduğunu bildirib və oyunçulara informasiya kampaniyasında iştirak etməyə hazır olduqlarına görə təşəkkür edib.

 

“Ədalət futbolun və digər idman növlərinin əsasıdır və səhiyyə sektoru üçün də vacibdir. Oyunun qaydaları sadədir: bütün ölkələrdə, koronavirusa yoluxma riski olan bütün insanlar həyati əhəmiyyətli vaksinlərə, müalicəyə və diaqnostikaya bərabər çıxışa malik olmalıdır”, – deyə doktor Tedros Qebreyesus söyləyib.

 

“Cəmi doqquz ay ərzində biz COVID-19-dan bu üç müdafiə xəttini yaratmağa nail olduq. İndi bizim məqsədimiz bu alətlərin daim təkmilləşdirilməsini və onlara bərabər çıxışı təmin etməkdir”, – deyə o əlavə edib.

 

FİFA və ÜST-ün informasiya kampaniyası çərçivəsində videoçarxların çəkilişlərində dünya səviyyəli futbolçular, komanda kapitanları, eləcə də məşhur futbol məşqçiləri iştirak edəcəklər.

 

“Sağlamlığın hər şeydən üstün olduğunu unutmamaq vacibdir. Yalnız tibbi mütəxəssislərin məsləhətlərinə riayət edərək COVID-19-dan gələn təhlükəni aradan qaldıra bilərik”, - deyə Canni İnfantino bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub