13 il sonra əkiz övlad sahibi olan ailənin körpələrini yaşatmağa dəstək olaq!
01.02.2021 10:32

13 ildir ki, övlad həsrəti ilə alışıb-yanan Qurbanovlar ailəsinin dördüncü süni mayalanma nəticəsi uğurlu olduqdan sonra 2021-ci ilin yanvar ayının 19-da əkiz qız övladları dünyaya gəlib.

 

Lakin körpələr 7 aylıq doğulduğundan hazırda hər ikisi Mərkəzi Klinikada küvezdə saxlanılır. Körpələrdən birinin beyninə qan sızıb, ciyərləri əzilib. Digər körpədə isə ciyərində iltihablaşma, ürəyində dəlik aşkar olunub, həmçinin qanazlığı səbəbindən ona qan köçürülüb. Hazırda süni tənəffüs aparatına bağlıdır.

 

Körpələrin anası Samirə Qurbanovanın bildirdiyinə görə, yoldaşı tikintidə işləyir. Kirayədə yaşayan ailə yaxınlarının dəstəyi ilə indiyədək hər gün üçün klinikaya 1000-1500 manat arası ödəniş ediblər. Lakin uşaqların müalicəsinin davam etdirilməsi üçün maddi sıxıntılar yaşayırlar.

 

Uşaqların vəziyyəti ağır olduğundan digər xəstəxanalara köçürülmələri mümkün deyil.

 

13 ildən sonra körpə sevinci yaşamış ailənin tək arzusu övladlarını sağ-salamat qucaqlarına almaqdır. Körpələrin həyatda qalması üçün maddi dəstəyə ehtiyac var.

 

Kart məlumatları fotolarda təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub