Azərbaycanda yaşı 65-dən çox olanların vaksinasiyasına başlanılır
01.02.2021 09:52

Bu gündən Azərbaycanda risk qrupuna aid, yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır.

 

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək riskli əhali qrupuna aid olunduğu üçün 1-ci mərhələdə onların peyvəndlənməsinə qərar verilib.

 

İkinci mərhələ üzrə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər peyvənd olunacaqlar.

 

Eyni zamanda, bu mərhələdə təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN Xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları, provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi və yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvəndlənəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub