Zədələnmiş sümükləri bərpa edəcək canlı hüceyrəli yeni gel yaradıldı - KƏŞF
30.01.2021 23:37

Əgər hansısa xəstəlik və ya zədələnmə nəticəsində insan sümüyünün bir hissəsini itirirsə, o, həmin insanın digər sümüyündən götürülmüş sümük toxuması ilə əvəz edilir. Canlı hüceyrələrə sahib yaradılmş yeni geli isə gələcəkdə sümüyün zədələnmiş yerinə yeritmək mümkün olacaq və bunun sayəsində həmin gel bərkiyərək funksional sümük yaradacaq.

 

Aztibb.az "New Atlas" saytına istinadən xəbər verir ki, avstraliyalı alimlər tərəfindən təklif edilmiş bu yeni üsul sürətli təsiri və təhlükəsizliyi ilə seçilir.

 

Məlumatda qeyd edilib ki, tədqiqatçılar zədələnmiş sümüklərin bərpası üçün müxtəlif təcrübi materiallar hazırlayırlar. Həmin materiallar strukturlu karkas rolunu oynayırlar və müəyyən müddət sonra sümük toxumasının hüceyrələrini bərpa edirlər. Daha tez təsirə sahib yeni üsulu tapmaq niyyətində olan avstraliyalı alimlər kalsium fosfatları əsasında yeni növ gel yaradıblar. Yaradılmış gelin tərkibində isə pasientdən götürülmüş canlı hüceyrələr mövcuddur. 

 

Hüceyrə suspenziyasında çox istiqamətli keramik bioçap üsulu vasitəsilə bu gel sümüyün birbaşa zədələnmiş hissəsinə yeridilir. Bir neçə dəqiqədən sonra isə orqanizmdə olan mayelərin təsiri nəticəsində gel bərkiyərək sümüyə bənzər materiala çevrilir. Daha sonra bərkimiş materialın hüceyrələri bir-birilərini istehsal edərək sonda materialı canlı sümük toxumaları ilə təmin edirlər.

 

Alternativ materiallardan fərqli olaraq avstraliyalı alimlər tərəfindən təklif olunan bu üsul daha tez təsir göstərir və təhlükəsizdir. Bu texnologiya müasir praktikanı tamamilə dəyişmək, pasientlərin işlərini yüngülləşdirmək və nəticədə həyatları xilas etmək potensialına sahibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır