Azərbaycan alimləri E-tibb üzrə onlayn beynəlxalq tədbirdə iştirak ediblər - Foto
31.01.2021 11:30

Yanvarın 27-də “GEANT EaPConnect” layihəsinin təşkilatçılığı ilə E-tibb üzrə onlayn seminar keçirilib.  Tədbirə Dünya üzrə müxtəlif Milli Tədqiqat və Təhsil şəbəkələrindən təxminən 70-ə yaxın əməkdaş qoşulub.

 

Onlayn iclasda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, eləcə də institutun digər əməkdaşları Lalə Qarayeva, Aytən Əhmədova və Könül Əliyeva iştirak ediblər.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd E-tibb və GEANT üçün aktual olan mövzular ətrafında müzakirələr aparmaq, eləcə də gələcəkdə bu sahədə kompleks tədqiqat tələb edən məsələləri müəyyənləşdirmək idi.

 

Sonra müxtəlif tədqiqat və təhsil şəbəkələrindən olan əməkdaşlar təmsil etdikləri şəbəkələrin öz ölkələrində e-tibb üzrə beynəlxalq layihələrə necə dəstək verməsi, gələcəkdə hansı xidmətlərin tətbiq oluncağı və xəstəxanaların COVID-19 pandemiyası dövründə şəbəkələrin hansı xidmətlərindən istifadə etməsi haqqında təqdimatlarla çıxış ediblər.

 

Tədbirdə qeyd olunub ki, bir sıra GÉANT milli tədqiqat və təhsil şəbəkələri e-tibb üzrə  layihələri dəstəkləyir və ya müştərilərinə eHealth ilə əlaqəli xidmətlər təklif edir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EOSC-Life layihəsi, e-tibb və e-infrastrukturlarla əlaqəli ümumi bir sıra məqamları həll edir.

 

Onlayn iclasda, həmçinin milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb ilə əlaqədar təşkilatları müəyyən xidmətlər ilə təmin etməsi, şəbəkələrin bu təşkilatlara təhlükəsizlik ilə bağlı dəstək göstərməsi, milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb üzrə institutları bulud xidmətləri ilə təmin etməsi və e-tibbdə əsas çağırışlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub