Pulmonoloq: “Vaksin vurdurmuş insanlar yenidən koronavirusa yoluxa bilərlər”
30.01.2021 09:47

Son zamanlarda COVID-19 pandemiyasına yoluxmuş insanların sayının azalması və kütləvi vaksinasiyanın başlanması Azərbaycanda koronavirus pandemiyası dövrünün sona çatacağı ümidi yaradır.

 

Tanınmış pulmonoloq, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov bildirib ki,  peyvənd vurduran vətəndaşlar bütün sanitar və gigiyenik standartlara riayət etməyə davam etməlidir. 

 

Onun sözlərinə görə, vaksin orqanizmdə immunitet yaratsa da, peyvənd olunan insanlar koronavirusa yoluxa bilər: “Peyvənd olunmaq sizin xəstələnməyəcəyinizə zəmanət vermir. Ancaq ağır formada xəstələnmək və mənfi nəticələrin doğurması riski istisna olunur. Buna görə, peyvənd vurdurmaq zəruridir”.

 

Ə. Sadıqov vurğulayıb ki, ilin sonuna qədər vaksinasiya sahəsində müsbət nəticələr əldə etmək mümkün olacaq:

 

“Hazırda iki milyon insana yetəcək qədər dozalarımız var. Hələ əlavə olaraq üç-dörd milyon insanın peyvənd edilməsinə ehtiyac olacaq. Ölkədəki koronavirus infeksiyasını tamamilə yox edə biləcəyimizi deyə bilmərəm, amma bu, idarə olunan proses olacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib