Avropa İttifaqı ölkələrində “BioNTech/Pfizer” peyvəndindən ölüm halı qeydə alınmayıb  
30.01.2021 09:27

Koronavirusa qarşı “BioNTech/Pfizer” peyvəndi ilə əlaqədar Avropa İttifaqı ölkələrində heç bir ölüm halı qeydə alınmayıb.

 

Bu barədə məlumatı Avropa Dərman Agentliyi (EMA) yayıb. Qeyd edilib ki, indiyədək peyvənd vurulan şəxslərin ölümü bu peyvəndlə deyil, başqa səbəblərlə əlaqəlidir. Eyni zamanda, bu peyvəndin hansısa yan təsirlərə malik olması barədə də faktlar aşkarlanmayıb.

 

Avropada ötən il dekabrın sonunda başlayan vaksinasiya kampaniyasından keçən bir aylıq dövrün icmalını təqdim edən agentliyin məlumatında “BioNTech/Pfizer” peyvəndinin təhlükəsizlik standartlarının mümkün riskləri üstələdiyi əksini tapıb. Ona görə də peyvəndlə bağlı təhlükəsizlik narahatlığı mövcud deyil və peyvəndin tətbiqində hansısa dəyişikliklər tövsiyə olunmur.

 

Qeyd edilməlidir ki, bir sıra Aİ ölkələrində ötən həftələrdə “BioNTech/Pfizer” peyvəndi vurulan şəxslər arasında ölüm halları barədə məlumat yayılıb. Təkcə Norveçdə peyvəndin ilk komponenti vurulan ahıllar arasında 33 ölüm halı qeydə alınıb. Agentlik Norveç səhiyyə orqanlarına istinadla bildirib ki, həmin pasiyentlərin ölümü daha öncəki xəstəliklərindən qaynaqlanıb və peyvəndlə əlaqəli olmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib