Qida sənayesinə həsr olunmuş onlayn forum keçirilib
29.01.2021 12:56

Qida Təhlükəsizliyi Agentliyində “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, onlayn forumda işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılması, qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və postpandemiya dövrü ilə əlaqədar müzakirələr aparılıb.

 

Forumda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev pandemiya dövründə həyata keçirilən tədbirlər barədə məlumat verib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə agentliyin işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən sədr müavini həmin bölgələrin dirçəldilməsində sahibkarların üzərinə də məsuliyyətin düşdüyünü və bunun icrası zamanı qarşıya çıxan məsələlərin həlli zamanı onları fəal əməkdaşlığa dəvət edib.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında torpaqlarımızın işğaldan azad edilməsinin biznes üçün yeni imkanlar açdığını, həmin bölgələrdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib. Həmin müraciətlərin əsasən istehsal, turizm, toxuculuq, tikinti, tibbi fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara KOBİA tərəfindən lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilir.

 

Onlayn forumda, həmçinin qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb