Yuxusuzluq koronavirusun daha ağır və ölümcül olmasına səbəb olur - XƏBƏRDARLIQ 
27.01.2021 23:05

Koronavirus epidemiyası dünyanın gündəmində olmağa davam edir. Bu müddətdə hər gün virusla bağlı yeni araşdırmalar və məlumatlar ortaya çıxır.

 

Aztibb.az xəbər verir ki, Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzində aparılan araşdırmanın nəticələrinə görə, yuxusuzluq COVID-19-a yoluxma riskini artırır.

 

Türkiyəli pulmonoloq, professor Məhəmməd Ağqoyunlu da bildirib ki, yuxusuzluq müdafiə sistemini zəiflətməklə yanaşı, virus infeksiyalarına yoluxma ehtimalını artırır. Eyni zamanda yuxusuzluq koronavirusun daha ağır və ölümcül olmasına səbəb olur. İmmun sisteminə təsir edən ən əhəmiyyətli faktorun yuxu olduğunu ifadə edən professor sözlərinə belə davam edib:

 

"Əsas mexanizmləri nəzərə alsaq, bu araşdırma tamamilə doğrudur. Çünki yuxu bədənin müdafiə sistemini tənzimləyən ən vacib tarazlıq sistemidir. Yuxu insanın həm ömrünü, həm də ömür boyu fəaliyyətlərini təyin edir. Bu səbəbdən möhkəm yuxu sağlam immunitet üçün ən vacib mexanizmdir.

 

Yuxusuzluq insanların virusa yoluxma ehtimalını artırır. İkincisi, yuxusuzluq koronavirusun daha şiddətli və ölümcül olmasına səbəb olur. Yoluxma zamanı yuxu nə qədər çox pozulursa, deməli, xəstəlik o qədər şiddətlidir. Ürək-damar xəstəlikləri və xərçəng riski də artmaqdadır. Bu səbəbdən vətəndaşlarımız yuxu rejimini yaxşı tənzimləməlidirlər. Erkən yaşlanma, şəkərli diabet və ürək-damar xəstəliklərinin də təməlində yuxu çatışmazlığı dayanır".

 

Həkimin sözlərinə görə, yuxu problemlərinin əksəriyyəti həyat tərzindən qaynaqlanır:

 

"Yuxunu ən yaxşı tənzimləyən şey qaranlıqdır. Qaranlıqda melatonin hormonu ifraz olunur və biz yatırıq. Smartfon işıqları isə hormonun ifraz olunmasına mane olur. Otağınızın kifayət qədər qaranlıq və sərin olmasına baxmayaraq, yata bilmirsinizsə, bu, psixoloji amillərdən asılı ola bilər. Müasir dövrün ən böyük problemlərindən biri işıq çirkliliyidir. İşıq çirkliliyi insanların yatmasına mane olur. Son illərdə geniş istifadə olunan LED tabloları yuxuya getmək üçün böyük problem yaradır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama