Hande Harmancı: "Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil"
27.01.2021 16:40

“Bizi narahat edən bir məsələ də COVID-19-un yeni ştammlarının ortaya çıxmasıdır”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

O, bildirib ki, Böyük Britaniyada meydana gələn yeni ştamm daha sürətlə yayılır: “Bu varianta bir çox ölkədə, o cümlədən Türkiyədə rast gəlinib. Yeni ştammın Azərbaycana gəlməməsi mümkün deyil. Mütləq Azərbaycana da gələcək. Bu da sürətli yoluxduran bir ştamm olduğu üçün yoluxma sayında yenidən artım görəcəyik”.

 

H.Harmancı qeyd edib ki, sosial həyatı normallaşdırmağa çalışmaq lazımdır: “Ancaq ehtiyatı əldən vermək olmaz. Keçən yaz və yay aylarında həm dünyada, həm də Azərbaycanda koronavirusa yoluxma sayında azalma oldu. Ancaq bu yaz və yay aylarında eyni şeyi görməyə bilərik. Çünki yoluxma sayları çox artıb. Bu həftə ərzində dünyada COVID-19-a yoluxma sayı 100 milyonu ötdü. Artıq o qədər insan yoluxub ki, diqqətli olmasaq, yay və yaz aylarında azalma olmaya bilər. Gigiyena qaydalarına əməl etmək lazımdır, çünki hələ COVID bitməyib və təkrar gələcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib