Vakant klinik psixoloq vəzifələrinə işə qəbul elan edilir
27.01.2021 13:25

Azərbaycan Respublikasının Nazirlər Kabineti 13 yanvar 2021-ci il 8 nömrəli Qərara əsasən bölgələrdə döyüşlərdə zərər çəkmiş hərbi qulluqçulara psixoloji yardımın təşkil edilməsi ilə əlaqədar klinik psixoloq vəzifələrə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində Səhiyyə Nazirliyinə müraciət edərək (kets@health.gov.az, əlaqə nömrəsi (+99412) 441-26-03 (309)) aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

 

- Ərizə;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Tərcümeyi-hal; 

- Təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr və klinik (tibbi) psixologiya üzrə maqistr proqramının diplomları); 

- Əmək kitabçasının surəti (mövcud olduğu halda).

 

Vakant “klinik psixoloq” vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik (tibbi) psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır.

 

Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzində müvafiq hazırlıq keçdikdən sonra klinik psixoloq vəzifəsinə qəbul olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub