Oqtay Şirəliyevin sədrliyi ilə iclas keçirilib
26.01.2021 11:30

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

 

İclası giriş sözü ilə açan Komissiyanın sədri, Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçi, qazi və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

 

O, Nazirlər Kabinetinin qərarına əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın göstərildiyini bildirib. Qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib: "Bu işə xarici mütəxəssislər də olunub".

 

İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

 

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

 

Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub