Ən təhlükəli virus haqqında doğru bilinən yanlışlar - COVID-19-la bağlı tədqiqatlara əsaslanan FAKTLAR
26.01.2021 08:34

COVID-19 ilə mübarizədə müəyyən dərman pereparatları və ya vitamin komplekslərinin faydaları barədə tez-tez eşidirik. Ancaq bəzi məlumatların əsassız olduğu və faktlarla sübut olunmadığı məlum olur.

 

Aztibb.az faktlara əsasən məlumatları təqdim edir:

 

- Pəhriz əlavələri və vitamin kompleksləri COVID-19-la mübarizədə effektlidir?

 

- Koronavirusun müalicəsi üçün mikroelement əlavələrinin istifadəsinə dair dəqiq bir təlimat yoxdur.

 

Əlavə vitamin kompleksləri immunitet sisteminin yaxşılaşdırılması, sağlamlıq üçün qəbul edilməlidir.

 

- Deksametazon koronavirusla mübarizədə effektli dərmandır və bu, bütün COVID-19 xəstələrinə tətbiq edilə bilər?

 

- Deksametazon antiinflamatuar və immunosupressiv təsir göstərən bir antibiotikdir. Nəfəs aparatına qoşulan xəstələrdə deksametazonun təyin edilməsi vəziyyətin yaxşılaşmasına səbəb olur.


Ancaq yüngül simptomlar müşahidə edilən xəstələrə deksametazonun təyinatı müsbət təsir göstərmir.

 

- Virus maye və qida qəbulu yolu ilə yoluxur?

 

- Xeyr. COVID-19 Yemək və ya su ilə yoluxa bilmir. Virus insanlar arasında sıx əlaqə zamanı yayılır.

 

- Virus ayaqqablardan keçə, yayıla bilir?

 

- COVID-19 virusunun ayaqqabılarla daşınması və yayılması ehtimalı demək olar ki, sıfıra bərabərdir.

 

- Tibbi maskaların uzun müddət taxılması karbon dioksid zəhərlənmələrinə və ya oksigen çatışmazlığına səbəb ola bilər?

 

- Xeyr, karbon dioksid zəhərlənmələrinə və ya oksigen çatışmazlığına səbəb olmur. Ancaq narahatlığa səbəb ola bilər.

 

- 5G mobil şəbəkələri COVID-19-un yayılmasına səbəb olur?

 

- COVID-19 radio və ya mobil dalğalarla deyil, hava damcıları ilə ötürülür.

 

- Sətəlcəm peyvəndləri yeni növ koronavirusdan qoruyur?

 

- Qorumur. Çünki bu virus digərlərindən tamamilə fərqlidir və xüsusi bir peyvənd tələb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama