Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin vebinar toplantısı keçirilib
24.01.2021 13:00
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) “COVID-19-la mübarizə” mövzusunda növbəti vebinar toplantısı keçirilib. 
 
Tədbirdə AOC-un idarə heyətinin üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və digər təşkilatların nümayəndələri, eləcə də Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Dr. Sunay Duman və oftalmologiya sahəsində peşəkar mütəxəssislər iştirak ediblər.
 
AOC-un sədr müavini, t.ü.f.d Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən vebinarda 4 məruzə dinlənilib.
 
Onlayn toplantıda t.ü.f.d. Yazgül Abdıyeva “Pandemiyanın dünya üzrə yayılması və profilaktik tədbirlər”, anestezioloq-reanimatoloq, Dr. Şahin Məmmədov “COVID-19 xəstələrinin vəziyyətinin ilkin dəyərləndirilməsi, müayinə və müalicələrdə tez-tez rast gəlinən səhvlər, ağır xəstələrin müalicəsinin uğurlu sonluğu üçün taktiki təkliflər”, həmçinin Türkiyənin Ankara şəhərindən toplantıya qoşulan professor Yonca Aydın Akova “COVID-19 zamanı gözdəki simptomlar” və İzmir şəhərindən uzman, Dr. Mədinə Abdullayeva “PostCOVID sindromu və xəstəlik sonrası fəsadlar” mövzusunda məruzələrlə çıxış ediblər.
 
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub